Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:45

Müharibə veteranları 700 manat alacaqlar


-
Aprelin 23-də prezident İlham Əliyev İkinci Dünya müharibəsində qələbənin 68-ci ildönümü ilə əlaqədar sərəncam imzalayıb.

Sərəncama əsasən, müharibə iştirakçılarına 700, onların dul qalmış arvadlarına, həmin dövrdə arxa cəbhədə orden və medallarla təltif olunmuşlara, habelə Leninqrad şəhərinin müdafiəsinin iştirakçılarına 300 manat birdəfəlik maddi yardım veriləcək.

Bu məqsədlə Prezidentin ehtiyat fondundan 9 milyon manat ayrılması nəzərdə tutulur.
XS
SM
MD
LG