Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 18:36

NATO ilə Rusiya bir araya gələ bilməyiblər


Sergei Lavrov və Anders Fogh Rasmussen
NATO-nun baş katibi Anders Fogh Rasmussen deyir ki, Nato-Rusiya şurasının Brüsseldə keçirilən görüşündə fəallıq hiss olunsa da Avropada hava hücumlarından müdafiə sistemi məsələsində elə bir irəliləyiş olmayıb.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov isə deyib ki, hazırda bu məsələ ilə bağlı edilmiş yeni təklifi araşdırırlar.

Sergei Lavrov həmçinin görüş çərçivəsində ABŞ Dövlət katibi John Kerry ilə ayrıca danışıq aparıb.
Bu görüşdə əsaqsən Suriyadakı vəziyyət müzakirə olunub.

Bu məsələni bundan əvvəl NATO ölkələrinin xarici işlər nazirləri də müzakirə edib.
NATO ölkələri qonşu Suriya ilə gərginlikdə Türkiyəni müdafiə etməyə hazır olduqlarını bildiriblər.

Rasmussen xüsusilə Suriya rejiminin üsyançılara qarşı kimyəvi silah işlətməsi barədə məlumatlardan dərin narahat olduğunu deyib.
XS
SM
MD
LG