Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:55

NATO ölkələrinin rəsmiləri Brüsselə yığışıb


John Kerry və Sergei Lavrov
John Kerry və Sergei Lavrov
NATO ölkələrinin xarici işlər nazirləri Brüsseldə Əfqanıstan və hava hücumlarından müdafiə sistemini müzakirə edirlər.

Əfqanıstandakı koalisiya qüvvələri 2014-cü ilin sonunadək bu ölkədən çıxarılmalıdır.

Görüşdə ABŞ Dövlət katibi John Kerry də iştirak edir.

Az sonra Rusiyanın xarici işlər naziri Sergei Lavrov da görüşə qoşulacaq və bundan sonra görüşdə Koreya yarmadası və Suriyadakı vəziyyət, habelə hava hücumlarından müdadafiə sistemi məsələsi müzakirə olunacaq.

NATO-nun baş katibi Anders Fogh Rasmussen görüşdə çıxış edərkən Əfqanıstan hökuməti ilə Taliban arasında siyasi dialoqu dəstəkləyib.
Amma Rasmussen qeyd edib ki, sülh prosesinə cəlb edilən Taliban və digər iştirakçılar terrorçu qruplarla əlaqəni tam kəsməlidirlər.

Avropada hava hücumlarından müdafiə sistemləri qurulmasına gəldikdə isə Rusiya qəti şəkildə buna qarşı çıxır.
XS
SM
MD
LG