Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:24

Gəncədə saxta Qaz İdarəsi işçiləri sakini bıçaqla hədələyib


Arxiv foto
Arxiv foto
Gəncə şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə aprelin 23-ü Gülüstan qəsəbəsində baş verib.

Özünü Qaz İdarəsinin əməkdaşı kimi təqdim edən iki şəxs zorla evə girib.

Əllərindəki bıçaqla ev sahibini hədələyərək, pul tələb ediblər. Daha sonra sakinin əl-qolunu bağlamağa cəhd ediblər.

Ev 37, mənzil 5-də yaşayan 48 yaşlı Məhəbbət Qurbanova səs-küy saldığından, həmi şəxslər ərazidən uzaqlaşıblar.
XS
SM
MD
LG