Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:04

Tovuzda qatar minik maşınını 200 metr sürüyüb, sərnişin ölüb


Arxiv foto
Arxiv foto
Tovuzda qatar minik maşınını 200 metr sürüyüb, sərnişin ölüb

Tovuz rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə aprelin 21-də axsam saatlarında rayonun Alakol kəndi ərazisində qeydə alınıb.

Ağstafadan Bakıya gələn sərnişin qatarı qorunmayan keçiddə Tovuz rayon Qovlar şəhər sakini, 1978-ci il təvəllüdlü İlqar Hüseynovun idarə etdiyi «QAZ-3110» markalı avtomobillə toqquşub. Qatar avtomobili 200 metr sürükləyib.

Nəticədə maşındakı sərnişin yerindəcə keçinib. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (nəqliyyatda ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş açılıb.
XS
SM
MD
LG