Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 00:11

AMEA-nın yeni prezidenti sabah seçiləcək


Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi illik yığıncağı keçiriləcək.

AMEA-dan APA-ya verilən məlumata görə, iclası AMEA prezidenti Akif Əlizadə açacaq. Daha sonra AMEA Rəyasət Heyətinin akademik katibi Vaqif Fərzəliyev Akademiyanın ötən ilki fəaliyyəti ilə bağlı hesabatı təqdim edəcək.

İclasda daha sonra AMEA prezidenti vəzifəsinə seçki keçiriləcək. AMEA Rəyasət Heyətinin üzvləri də sabahkı iclasda seçiləcək.
XS
SM
MD
LG