Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:21

Polis Sumqayıtda Ümid Partiyasının toplantısına mane olub


Arxiv foto
Arxiv foto
-
Bu barədə AzadlıqRadiosuna Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadə məlumat verib. Onun sözlərinə görə, partiya üzvləriylə görüş keçirmək istəyən yerə mülki geyimli polislər gəlib və görüşün keçirilməsinə icazə verməyiblər:
«Bir neçə ay əvvəl Sumqayıtda partiyanın qərargahını bağlayıblar. Biz də görüşü icarəyə götürdüyümüz yerdə keçirirdik. Bugün polis toplatıya basqın etdi. Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini başqda olmaqla 30-40 nəfər əsasən yüksək rütbəli və mülki geyimli polislər tədbir keçirən zala daxil olaraq, zorla toplantı iştirakçılarını bayıra çıxardılar.Hadisəni çəkmək istəyən gənclər isə zorla maşınlara otuzdurub, naməlum istiqamətə aparıblar. Partiyamız qeydiyyatdan keçmiş və dövlət büdcəsindən maliyyələşən partiyadır. Seçki ilində belə hərəkət etmək qanunsuzluqdur».
Ənvər Ağazadə deyir ki, polisin bu hərəkəti ölkədə qeyri demokratik vəziyyətin olmasına sübutdur:
«Çox güman bundan sonra da belə təzyiqlər olacaq. Bu hakimiyyət normal, ədalətli seçkilər keçirmək niyyətində deyil».
Sumqayıt şəhər Polis İdarəsinin Növbətçi hissəsindən isə partiyanın toplantısına müdaxilə olmadığı deyilir:


«Yalan məlumatdır. Heç bir müdaxilə olmayıb. Bizə də məlumat veriblər, göndərmişik, bir şey yoxdur. Saxlanılanlar da yoxdur»
XS
SM
MD
LG