Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:57

Hərbi prokurorluq əsgər Emin Quliyevin ölümünü araşdırır


Respublika Hərbi Prokurorluğunun məlumatına görə, faktla bağlı Sumqayıt Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
Hazırda zəruri istintaq aparılır.

Qeyd edək ki, N saylı hərbi hissənin əsgəri Emin Quliyev aprelin 20-i gecə saat 00.35 radələrində tabeçiliyində olan avtomat silahdan açılan atəş nəticəsində ölüb.

1994-cü il təvəllüdlü əsgər 2013-cü ilin yanvarında Gəncə hərbi komissarlığından hərbi xidmətə çağırılmışdı.
XS
SM
MD
LG