Keçid linkləri

Təcili xəbərlər
2021, 12 İyun, şənbə, Bakı vaxtı 19:00

Dünən Suriyada 157 adam ölüb


Foto arxiv
Son 4 gün ərzində Dəməşqin ətrafında hökumət və müxalifət birləşmələri arasında gedən döyüşlərdə azı 69 adam ölüb.

Ölənlərin çoxunun üsyançılar olduğu bildirilir.
Bu barədə Londonda fəaliyyət göstərən suriyalı hüquq müdafiəçiləri xəbər verirlər.

Həmçinin hüquq müdafiəçiləri hökumət qoşunlarının Deir əl Zor əyalətindəki Harita şəhərini atəşə tutması nəticəsində 1 qadın və 3 uşağın öldüyünü xəbər verirlər.

Bundan başqa Livanla sərhəddinin yaxınlığındakı al Quseir şəhərində ağır döyüşlər getdiyi xəbər verilir.

Ümumilikdə dünən ölkədə 157 adam ölüb ki, onlardan75-i mülki sakinlər, 44-ü üsyançı, 38-i isə əsgərdir.
XS
SM
MD
LG