Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Sentyabr, şənbə, Bakı vaxtı 16:33

Ayla bağlı qanun qəbul olundu


Aprelin 19-da Milli Məclisdə «Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında» müqavilənin təsdiq olunması barədə qanun layihəsi müzakirə edilib.

Sənəd barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verib. Depuatat bu müqavilənin 1967-ci ildən qüvvəyə mindiyini və dünya ölkələrinin əksəriyyətinin bu sənədə qoşulduğunu deyib:

«Müqavilənin əsas məqsədi kosmik fəzanın istisnasız olaraq sülh məqsədi ilə tədqiq edilməsi, bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir. Müqavilə səma cisimlərinin işğalını qadağan edir».

Azərbaycanın kosmosa peyk göndərdiyini xatırladan Şəmsəddin Hacıyev, qanunun qəbulunun zəruri olduğunu bildirib.

Qanun səs çoxluğu ilə qəbul edilib.
XS
SM
MD
LG