Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:48

Pakistan məhkəməsi Musharrafın həbsdən necə yayınmasına aydınlıq gətirilməsini tələb edir


 president Pervez
president Pervez
Pakistan məhkəməsi polisdən keçmiş prezident Pervez Musharrafın bugünkü məhkəmə prosesində həbsdən necə yayınmasına aydınlıq gətirilməsini tələb edir.

Ali məhkəmə bu gün onun həbsi barədə qərar çıxarsa da Musharrafın şəxsi mühavizəsi onu zaldan çıxararaq maşınla binadan uzaqlaşıblar.

Məlumatlara görə, o İslamabad ətrafındakı evində ciddi nəzarət altındadır.

Məhkəmə Musharrafı 2007-ci ildə hərbi hakimiyyətdə olarkən Ali məhkəmənin üzvləri də daxil olmaqla yüksək rütbəli hakimləri buraxmaqda təqsirli bilib.

O 4 illik könüllü mühacirətdən sonra bu ilin martında vətənə dönüb və mayın 11-də keçiriləcək ümummilli seçkilərdə mübarizə aparmaq fikrindədir.
XS
SM
MD
LG