Keçid linkləri

Təcili xəbərlər
2021, 18 May, çərşənbə axşamı, Bakı vaxtı 12:09

Taleh Bağırovun polis idarəsindən şikayətinə baxıldı


-
Aprelin 18-də Nəsimi rayon Məhkəməsində ilahiyyatçı Taleh Bağırovun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanması ilə bağlı şikayətinə baxılıb.

Məlumatı Taleh Bağırovun vəkili Cavad Cavadov verib.

Vəkil bildirib ki, Taleh Bağırov 12 gün qanunsuz olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıb. Ona gəzinti, telefon danışıqları üçün imkan verilməyib.

Məhkəmə şikayəti təmin etməyib. Vəkil bu qərardan apellyasiya şikayəti verəcək.

Müdafiə tərəfi Taleh Bağırovun məhkəmədə iştirak etməsi ilə bağlı vəsatət versə də, o, təmin olunmayıb.

Taleh Bağırov martın 31-də saxlanıb. O, narkotik maddə saxlamaqda ittiham olunur. Özü isə həbsinin hakimiyyəti tənqid etməsi ilə bağlı olduğunu bildirir.
XS
SM
MD
LG