Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:28

Vidadi İsgəndərliyə 10 sutka həbs verilib


Vidadi İsgəndərli
Vidadi İsgəndərli
-

Aprelin 18-də Yasamal rayon məhkəməsi hüquq müdafiəçisi Vidadi İsgəndərlini 10 sutkalıq azadlıqdan məhrum edib.

O, İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsinin 1-ci maddəsi ilə polisin qanuni tələblərinə tabe olmamaqda ittiham olunub.

Şahid qismində dindirilən polislər Vidadi İsgəndərlinin şüarlar səsləndirdiyini, əhalini mitinqlərə çağırdığını, dövlətçilik əleyhinə çıxışlar etdiyini bildiriblər.

Vəkil Anar Qasımov AzadlıqRadiosuna bildirib ki, ittiham əsassızdır:

«Vidadi İsgəndərli sadəcə Texniki Universitetin yaxınlığında polisin yolu keçən tələbələri cərimə etməsinə etiraz edibmiş. İndi gülünc ssenari əsasında tutuldu».

Vidadi İsgəndərli həbsinin qanunsuz və siyasi sifarişli olduğunu bildirib.

Bundan öncə hüquq müdafiəçisi 2011-ci ilin mayında həbs edilib, 2012-ci ilin sonunda əfv fərmanı ilə azadlığa çıxmışdı. Həmin vaxt o, Cinayət Məcəlləsinin 159.4.1 (Seçki hüquqlarının həyata keçirilməsinə hədələmə və zor tətbiq etməklə mane olma) və 160.2.1-ci (Seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə müdaxilə) ilə ittiham olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG