Keçid linkləri

2017, 19 Fevral, bazar, Bakı vaxtı 22:59

Texasdakı partlayış 2,1 ballıq zəlzələ gücündə olub


Texasdakı gübrə zavodunda baş verən partlayışda ölən və yaralananların sayı hələlik dəqiq bəlli deyil.

Ştatın ictimai təhlükəsizlik departamenti 100-dən çox adamın yaralandığını xəbər verir.
Hazırda partlayışın səbəbi araşdırılır.

Hadisənin baş verdiyi Vest şəhərinin meri Tommy Muska partlayış nəticəsində azı 50 evin dağıldığını deyir.

Məlumatlara görə alovla mübarizədə bir neçə yanğınsöndürən itkin düşüb.
ABŞ-ıın geoloji xidməti partlayışın təxminən 2,1 ballıq zəlzələ gücündə olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG