Keçid linkləri

2017, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 21:29
Gürcüstan prezidenti Mikheil Saakashvili Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycana gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Gürcüstan prezidenti mayın 6-8-də Bakıda səfərdə olacaq.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi Cənubi Qafqaz Forumunda müxtəlif ölkələrin sabiq prezident və baş nazirləri ilə yanaşı, bir sıra dövlətlərin hazırkı rəhbərləri də iştirak edəcəklər. Beynəlxalq foruma 200-dən artıq nüfuzlu elm, mədəniyyət xadimi, strateqlər də dəvətlidir.

Forumun əsas tərəfdaşları Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, «Foundation for Peace» və Gəncə şəhər İcra Hakimiyyətidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG