Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:49

Mubarakın məhkəməsi mayın 11-nə təyin edilib


Hosni Mubarak
Hosni Mubarak
Keçmiş Misir prezidenti Hosni Mubarakın təkrar məhkəməsi mayın 11-də başıalamlıdır.
İlkin olaraq məhkəmə ötən şənbə günü başlamalıydı.
Amma hakim prosesdən imtina etdiyinə görə, məhkəmə təxirə salındı.

Mubarak 10 ay bundan əvvəl 2011-ci ildə yüzlərlə nümayişçinin qətlində təqsirli bilinərək ömürlük həbsə məhkum edilmişdi.
Amma sonradan məhkəmə birinci prosesində prosedur pozuntulara görə, işə yenidən baxılmasını qərara alıb.

Mayda Mubarakın 85 yaşı tamam olur.

O istintaq altında olarkən dəfələrlə səhəri kəskin pisləşib, hətta dövlət mediasının məlumatına görə, 1 dəfə komaya düşərək, klinink ölüm keçirib.Hazırda o Qahirədəki hərbi hospitalda müalicə olunur.
XS
SM
MD
LG