Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:22

Bütün müsəlmanlara vahid dini təhsil


-
Aprelin 16-da “Gülüstan” sarayında MDB Müsəlmanları Məşvərət Şurasının iclası keçirilib.

Azərbaycan, Rusiya, Belarus prezidentləri, Rusiya subyektlərinin rəhbərləri konfransa təbriklər göndəriblər.

Tədbirə MDB ölkələrilə yanaşı Baltikyanı, Avropa, ərəb ölkələrinin dini konfessiyaları iştirak ediblər. Konfransda 18 ölkə təmsilçisi iştirak edib.

Konfransda əsas çıxışlar islam dininin sülh dini olması ilə bağlı olub. Çıxış edənlər son vaxtlar dünyada baş verən bütün mənfiliklərin islam dininin adı ilə bağlanmasına etiraz ediblər. “İslam ideal dindir”, - deyə Osetiya-Alaniya müftisi Hacımurad Qatsalov islam dininə olan hücumları pisləyib.

İslam dini daxilindəki təfriqələrə də toxunulub.

Din daxilində təfriqəçilikdən qurtarmaq üçün bütün islam dünyasında vahid dini təhsilin tətbiq olunması təklifi irəli sürülüb.

Konfransda müzakirələrin nəticəsi olaraq yekun sənəd qəbul edilib. Sənəddə dini təfriqəçiliyə, gənclərin radikal dini cərəyanlara cəlb edilməsinə, dinin siyasiləşdirilməsinə qarşı mübarizədə əməkdaşlıq vacib sayılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG