Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:16

Pakistanla Əfqanıstan arasındakı mübahisəli sərhəd məntəqələri götürülür


Foto arxiv
Foto arxiv
Pakistan Əfqanıstanla mübahisəli sərhəd bölgəsi boyunca səd məntəqələrinin götürüləcəyini vəd edib.

Əfqanıstan ordusunun komandanı Afsal Aman Azadlıq Radiosuna müsahibəsində dünən İslamabadda belə bir razılaşma əldə olunduğunu deyib.

Əfqanıstan prezidenti Hamid Karzai bazar günü Pakistanın bu ərazilərdə qurduğu sərhəd məntəqələri və qurğuların uçurdulmasını göstəriş verib.

2 kilometr yarımdan artıq olan bu xətti Pakistan 19-cu əsrin sonlarında qurub.
XS
SM
MD
LG