Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 00:53

Beynəlxalq aləm Bostonda törədilmiş hücumu kəskin pisləyir


Bostonda partlayış

Bostonda partlayış

Dünya ölkələri və beynəlxalq təşkilatlar Bostonda törədilmiş partlayışları kəskin pisləyir.

Dünən şəhərdə keçirilən marafon yarışında törədilmiş 2 partlayışda 3 nəfər ölüb, 140-dan çox adam yaralanıb.

BMT-nin baş katibi Ban Kİ Moon bu hücumun məhz yarışda törədilməsini dəhşət adlandırıb.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

ABŞ prezidenti Barack Obama bunun arxasında duranların tapılıb və məsuliyyətə cəlb ediləcəyini vəd edib.

Həmçinin Böyük Britaniya, Rusiya, Çin və Yaponiya da daxil olmaqla digər dünya ölkələri bu hücumu kəskin pisləyib.

Məlumatlara görə İstintaqa ABŞ Federal Təhqiqat Bürosu rəhbərlik edir.
XS
SM
MD
LG