Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:56

«Gül bayramı»na çəkilən xərclər və məmurların tənqidi...


Mətbuat icmalı
Mətbuat icmalı
-


ƏLİYEV NİYƏ ÖZÜNDƏN BAŞLAMIR?

«Azadlıq» qəzeti yazır ki, məmurların dəbdəbəli həyat tərzinə qarşı çıxan dövlət başçısının atasının ad günü büdcəyə milyonlara başa gəlir.

Qəzet qeyd edir ki, «Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bəyan edib ki, bu il mayın 10-u üçün ölkəyə xaricdən gətirilən güllər əvvəlki «Gül bayram»larından çox olacaq. Eləcə də, Abutalıbovun «Gül bayramı»na, daha doğrusu, H. Əliyevin növbəti ad gününə əvvəlkilərdən çox gül-çiçəklərin alınmasıyla bağlı açıqlaması daha çox vəsaitin israf olunması deməkdir. Yeri gəlmişkən, builki bayramın Bakı ilə yanaşı, Gəncədə də gerçəkləşməsi nəzərdə tutulub».

İCRA BAŞÇISINDAN İŞ ADAMINA AĞIR İTTİHAM

«Yeni Müsavat» qəzeti aprelin 13-də səhər saatlarında Sumqayıtın Azərbaycan küçəsində yerləşən Cəfər Cabbarlı adına klubun qarşısındakı parkda 40-50 il yaşı olan 100-ə yaxın zeytun və şam ağaclarının kəsildiyindən yazır:

«Sumqayıtın mərkəzindəki parkda ağacların kəsilməsində şəhərin icra başçısı Eldar Əzizovun adı hallanırdı. Hətta parkın yaxınlığında yaşayan sakinlər də bildirmişdilər ki, icra başçısı ərazini tikinti şirkətlərindən birinə satıb».

Qəzet bildirir ki, aprelin 15-i Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, Sahib Mirzəyev əraziyə baş çəkib. Sumqayıtın icra başçısı ərazidə ağacların kəsilməsinə sərt reaksiya verib. Yerli «Dünya» TV kanalına danışan E. Əzizov bildirib ki, ağacların kəsilməsində günahkarlar layiqli cəzalarını alacaqlar: «Mən sizə deyim ki, bu, böyük bir cinayətdir. İlkin məlumatlara görə, bu iş Moskvada yaşayan bir iş adamının tapşırığı ilə olub. Bunu edən şəxslər polis tərəfindən saxlanılıb, izahatlar götürülüb. Əlbəttə, onlar qanun çərçivəsində cəzalarını alacaqlar».

ZEYNƏB XANLAROVANIN BAŞIBƏLALI VİLLASINDAN REPORTAJ

«Bizim yol» qəzeti yazır ki, «Zeynəb Xanlarova bağında baş vermiş hadisənin siyasiləşdirilməsi ilə razılaşmır. Millət vəkilinin villası çəkilməkdə olan Bakı Dairəvi Yolun düz üstündə yerləşir. Kifayət qədər yaraşıqlı imarətin digərlərindən diqqətçəkən fərqi odur ki, hündür qala divarları ilə əhatəyə alınmayıb. Nardaranda həmsöhbət olduğum şəxslər bu işi qurama hesab edirlər. Z. Xanlarovanın villasını yandırmaq cəhdində adları keçənləri tanımadıqlarını, ən əsası bu şəxslərin nardaranlı olmadığını dedilər. Qəsəbə Ağsaqqallar Şurasının sədri Natiq Kərimov dedi ki, Z. Xanlarovanın Nardaranda 50 ildir bağı var: «Heç bir nardaranlı Zeynəb xanımın mülkünə toxunmayıb və heç vaxt da toxunmayacaq».

AZƏRBAYCAN DÖVLƏT VƏ MİLLİ MARAQLARINI BEYNƏLXALQ TƏŞKİLATLARIN ARZULARINA QURBAN VERMƏK NİYYƏTİNDƏ DEYİL

«Yeni Azərbaycan» qəzeti YAP icra katibi Əli Əhmədovun müsahibəsini dərc edib.

Əli Əhmədov deyib ki, «Azərbaycanda fəaliyyət göstərən istənilən beynəlxalq təşkilat Azərbaycanın dövlətçilik maraqlarına hörmətlə yanaşmağı bacarmalıdır. Azərbaycanın dövlət maraqlarına qarşı çıxan, Azərbaycanda tamam başqa niyyətlərin həyata keçirilməsi istiqamətində səylər göstərən beynəlxalq təşkilatlara isə təbiidir ki, öz iradlarımızı bildirməkdən çəkinməməliyik. Hər bir dövlətin bu günü, gələcəyi dövlətin öz maraqlarını qorumasından asılıdır. Beynəlxalq təşkilatların marağı və istəkləri Azərbaycanın dövlət və milli maraqlarından üstün ola bilməz. Ona görə də, biz əməkdaşlıq niyyətimizi bir daha ifadə etməklə yanaşı, eyni zamanda, hesab edirik ki, Azərbaycan heç bir halda özünün dövlət və milli maraqlarını ayrı-ayrı beynəlxalq təşkilatların istək və arzularına qurban vermək niyyətində deyil».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG