Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:06

Avropa Birliyi öz keçmiş mədəniyyət elçisi Fazil Sayın küfrə görə cəzalanmasını pisləyir


Türkiyə məhkəməsinin dünya şöhrətli pianoçu Fazil Saya 10 ay şərti həbs cəzası kəsməsi haqda Avropa Birliyinin xarici siyasət rəhbərinin sözçüsü Maja Kosijancic deyib ki, Türkiyə İnsan Haqları üzrə Avropa Konvensiyasına tam riayət etməlidir:

“Avropa Komissiyası Avropa Birliyinin keçmiş mədəniyyət səfiri Fazil Saya küfrə görə həbs cəzası kəsilməsindən narahat oldu. Komissiya söz azadlığına, İnsan haqları üzrə Avropa Konvensiyasına tam riayət etməyin Türkiyə üçün vacibliyini vurğulayır”

Türkiyə məhkəməsi Fazil Sayı “əhalin bir hissəsinin dini dəyərlərini təhqir etməkdə” günahkar bildi və onu 10 ay şərti həbsə məhkum etdi.

Say Twitterdə silsilə bloqlarına görə cəzalanır. O məsələn yazırdı ki, “oğrular, təlxəklər hamısı Allah adamıdır.”
XS
SM
MD
LG