Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:12

ABŞ Dövlət katibi Yaponiyaya gedib


John Kerry və Fumio Kishida
John Kerry və Fumio Kishida
ABŞ Dövlət katibi John Kerry bu gün Yaponiyaya gedib.
Səfərdə əsas məqsəd Koreya yarmadasındakı gərginliyi müzakirə etməkdir.

Kerry bundan əvvəl eyni məsələni Pekində Çin rəhbərliyi ilə də müzakirə edib.
Tərəflər yarmadanın nüvəsizləşdirilməsi və Şimali Koreya ilə böhranın dinc yolla həllinin tərəfdarı olduqlarını bildiriblər.

Amma liderlər Çinin Şimali Koreyaya təzyiq göstərib- göstərməyəcəyi barədə heçnə deməyiblər.
Hansı ki, John Kerry buna nail olmaq istəyirdi.

Çinin rəsmi Sinhua agentliyi yazır ki, Vaşinqton bu yaxınlarda regionda Seulla birlikdə hərbi təlim keçirməklə yarmadada vəziyyəti özü qızışdırır.

Şimali Koreya son günlər BMT təhlükəsizlik şurasının ona qarşı yeni sanksiyaları və Seulla Vaşinqtonun regionda keçirdiyi birgə hərbi təlimlərə cavab olaraq Cənubi Koreya ilə sülh razılaşmasından çıxıb və onunla müharibə vəziyyətində olduğunu bəyan edib.
XS
SM
MD
LG