Keçid linkləri

2017, 23 May, çərşənbə axşamı, Bakı vaxtı 05:35

Moskva ABŞ-a cavab olaraq özünün qara siyahısını açıqlayıb


Foto arxiv
Rusiya ABŞ-ın “Magnitsky” siyahısına cavab olaraq özünün qara siyahısını açıqlayıb.

Bu siyahıya keçmiş prezident George Bush administrasiyasının rəsmiləri və hazırda ABŞ həbsxanalarında yatan rusiyalıların həbsində əli olan rəsmilər salınıb.

ABŞ-ın maliyyə nazirliyi bundan əvvəl Hermitage Capital fondunun hüquqşünası Sergei Magnitskynin ölümü və insan haqlarının pozulmasında əli olan 18 Rusiya məmuruna qarşı viza və maliyyə sanksiyaları təıtbiq edib.

Magnitskynin həbsinə order verən hakim, istintaq komitəsinin rəhbəri və onun öldüyü istintaq təcridxanasının rəisi dəsiyahıya düşənlər arasındadır. Amma onların arasında yüksək rütbəli məmur yoxdur

Hermitage Capital Managementin rəhbəri Uilyam Brouder (William Browder) AzadlıqRadiosuna telefonla müsahibəsində bunun Rusiyada insan haqlarının pozulmasına qarşı mübarizədə ilk addım olduğunu deyib.

Sergei Magnitsky 2009-cu ildə Moskva istintaq təcridxanasında ölüb.
Fond hesab edir ki, o böyük məbləğdə büdcə vəsitinin mənimsənilməsini açdığına görə təqib olunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG