Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:45

Senat eyni cinsdən olanların evlənməsinə «hə» deyir


Qanun layihəsi əleyhinə nümayiş
-
Fransa parlamentinin yuxarı palatası olan Senat eyni cinsdən olanların evlənməsini qanuniləşdirən qanun layihəsinə səs verdi. Layihə belə ailələrin övladlığa uşaq götürməsinə də icazə verir.

Layihənin qanun olması üçün onu parlamentin hər iki palatası ikinci oxunuşda təsdiq etməlidir.

Qanun layihəsini hakimiyyətdəki Sosialist partiyası və prezident dəstəkləyir.

Ancaq Fransada yüz minlərlə adam küçələrə çıxaraq bu qanun layihəsinin əleyhinə nümayişlər keçirib.

Ölkənin katolik, müsəlman və yəhudi dini liderləri qanun layihəsinin əleyhinədir.

Ancaq rəy sorğularına görə, ölkə əhalisinin əksəriyyəti eyni cinsdən olanların evlənməsini təbii sayır. Eyni vaxtda əhalinin əksəriyyəti belə ailələrə övladlığa uşaq verilməsinin əleyhinədir.

Şərhlər (9)

Bu forum dayandırılıb
XS
SM
MD
LG