Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:47

Şikayətçilərə tapşırılır ki, nazirə "artıq-əskik" sual verilməsin


Nəqliyyat naziri Ziya Məmmədov Qubadakı Mədəniyyət Evində şimal bölgəsində yaşayan şikayətçiləri qəbul edir.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, saat 11-də başlayan qəbula ən azı 50 şikayətçi gəlib. Mədəniyyət Evinin qarşısındakı polis, yerli icra hakimiyyəti və Nəqliyyat Nazirliyinin işçilərinin sayı da təqribən o qədərdir.

Görüş başlamamışdan əvvəl şikayətçiləri Quba rayon icra hakimiyyəti başçısının müavini Yusif Abidov Mədəniyyət Evinin otaqlarından birində növbə ilə qəbul edib. O, nazirə edəcəkləri şikayətlərlə, veriləcək suallarla maraqlanıb. Şikayətçilərin dediyinə görə, onlara tapşırılıb ki, nazirə «artıq-əskik» suallar verilməməlidir.
XS
SM
MD
LG