Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:42

Məhkəmə icraçıları aksiyaçının evində olub


Aprelin 11-də məhkəmə icraçıları 10 mart aksiyasına görə cərimələnən Müsavat Gənclər Təşkilatının üzvü Şamil Beydullanın Binəqədi rayonunda yaşadığı ünvana gediblər.

Məhkəmə icraçıları Ş. Beydullanın ailə üzvlərinə bildiriblər ki, o, cəriməni ödəməsə evdəki əşyalar müsadirə olunacaq.

Ş. Beydulla «Əsgər ölümlərinə son» şüarlı ilə Fəvvarələr Meydanında keçirilən etiraz aksiyasında iştirak etdiyinə görə, məhkəmə onu 500 manat cərimə edib.
XS
SM
MD
LG