Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 20:44

TQDK sədri Masallıda vətəndaşlarla görüşüb


Məleykə Abbaszadə
-
Aprelin 10-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Masallıda ona müraciət edənlərin şikayət və təkliflərini dinləyib.

Vətəndaşların qəbulu zamanı narazılıq da yaranıb. Sədrin qəbuluna girmək istəyənləri geri qaytarmaq istəyiblər. Onlara deyilib ki, adları kompüterə düşməyən vətəndaşları sədr qəbul etməyəcək.

Komitənin mətbuat xidməti işə qarışandan sonra vətəndaşların qəbulu üçün şərait yaradılıb.

Sədr 3 rayondan 50-dən çox vətəndaşı qəbul edib.
XS
SM
MD
LG