Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:19

Kerry Netanyahu ilə görüşüb


 Benjamin Netanyahu və John Kerry
Benjamin Netanyahu və John Kerry
ABŞ Dövlət katibi John Kerry Qüdsdə İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşüb.

Danışıqlar zamanı İsrail-Fələstin sülh danışıqlarının bərpası və İranın nüvə proqramı müzakirə olunub.
Kerry bir daha İranla Qərb arasındakı danışıqların sonsuz olmadığını qeyd edib.

Kerry bundan əvvəl , bazar günü Fələstin prezidenti Mahmud Abbasla da görüşüb.

O bu gün böyük 8-lər ölkələri xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Londona yollanır.

ABŞ Dövlət katibi region ölkələrinə səfərini Türkiyədən başlayıb.
XS
SM
MD
LG