Aprelin 8-də Britaniyanın keçmiş Baş naziuri, Dəmir Ledi ləqəbilə tanınan Margaret Thatcher 87 yaşında vəfat edib. Thatcher bir neçə il idi ki, xəstəlikdən əziyyət çəkirdi. Ailəsinin bildirdiyinə görə o bu gün səhər saatlarında ürək tutumasından vəfat edib. O, 1979-1990-cı illərdə üç dəfə seçkiləri udaraq Britaniyanın ilk qadın Baş naziri olub.
Margaret Thatcher: Dəmir Ledi fotolarda

1
London. 1951-ci ilin dekabrı. Margaret Thatcher Denis Thatcher ilə evlənir.

2
1970-ci ilin oktyabrı. Margaret Thatcher Edward Heath-ın hökumətində Təhsil naziri vəzifəsində çalışarkən.

3
1975-ci ilin fevralı. ABŞ Dövlət katibi Henry Kissinger Londonda Margaret Thatcher-lə görüşür.

4
1976-cı ilin apreli. Margaret Thatcher İsrailin Baş naziri Golda Meirlə (solda).
Şərhlər (1)
Daha çox şərh göstər