Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:49

Gəncədə evlər bahalaşır


Foto: Arxiv
Foto: Arxiv
-
Gəncədə bina evlərinin qiyməti 10-15 faizədək artıb.

Bu barədə əmlak məsələləri üzrə mütəxəssis Ceyhun Əliyev məlumat verib.

Qiymət artımı əsasən bina evlərində özünü büruzə verir.

C. Əliyev deyir ki, şəhərin mərkəzindəki 2 otaqlı evlərin kvadratmetrinin qiyməti 400-600, bəzi yerlərdə 700 manatadək artıb. Belə ki, 58-60 min manata qiymətləndirilən evlər hazırda 65 min manata satışa çıxarılır.

Həyət evlərinin qiymətindəki durğunluq satışda da hiss edilir. Ceyhun Əliyev deyir ki, həyət evlərini alan da, satan da çox azdır.
XS
SM
MD
LG