Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 18:24

Putin lüt qızların etiraz aksiyası ilə üzləşib

Aprelin 8-də Almaniyanın Hannover şəhərində keçirilən sənaye sərgisinə qatılan Rusiya prezidenti Vladimir Putin Ukraynadan olan Femen qrupunun lüt etiraz aksiyası ilə üzləşib. Putini diktaturada ittiham edən şüarlar səsləndirən femençiləri təhlükəsizlik xidməti saxlayıb. Vladimir Putin isə zarafatla bu aksiyadan xoşu gəldiyini deyib: "...Doğrusu, nə dediklərini başa düşmədim, təhlükəsizlik xidməti imkan vermədi. Məncə, onlara belə kobudluq etmək lazım deyildi. Yekə kişilər qızların üstünə cumdular. Onlarla daha nəzakətli davranmaq olardı. Bizdə belə aksiyalar olur, mən burda pis bir şey görmürəm. Amma əlbəttə, yaxşı olar ki, ictimai qaydanı heç kəs pozmasın. Kiminsə, hansısa məsələni müzakirə etmək istəyi varsa, lüt soyunmadan da bunu etmək olar."

Davamı

Bölmələr

XS
SM
MD
LG