Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 18:33

Cənubi Koreya nüvə sınağı barədə bəyanatlarından geri çəkilir


Cənubi Koreya rəsmiləri Şimali Koreyanın nüvə sınağı keçirə biləcəyi haqda öz bəyanatlarından geri çəkilirlər.

Cənubi Koreyanın müdafiə nazirliyi bildirir ki, belə testlərin əlaməti yoxdur.

Bundan bir az əvvəl isə hökumət bildirmişdi ki, Şimali Koreyanın nüvə sınağı keçirəcəyinin əlamətləri var.

İndi isə müdafiə nazirliyi bildirir ki, Şimali Koreyanın nüvə sınağı meydanında fəallıq doğrudan da müşahidə olunur, ancaq bu, mütəmadi görülən işlərlə bağlı fəallıqdır.

BMT-nin Baş katibi Ban Ki-Moon isə Şimali Koreyanı provokativ addımlardan çəkinməyə çağırıb.
XS
SM
MD
LG