Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:38

Gəncədə əmək yarmarkası keçiriləcək


-
Gəncədə keçiriləcək əmək yarmarkasında siyahıda əsasən gəclər üçün vakant yerlər olacaq
Bu barədə Gəncə şəhər Məşğulluq Mərkəzinin baş məsləhətçisi Kəmalə Vəliyeva məlumat verib. Onun sözlərinə görə, aprelin 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncədə yarmarka reallaşacaq.
Kəmalə Verdiyeva deyir ki, artıq yarmarkanın keçirilməsi üçün görülən işlərin yekun mərhələsidir. Hazırda şəhərdəki idarə və təşkilatlardan, sənaye müəssisələrindən təxminən 343 boş iş yeri barədə məlumat toplanıb və aprelin 22-ə kimi dəqiq rəqəm və iş yerləri barədə məluat bilinəcək. Əlavə edir ki, müəssisələrdən əsasən gənc kadrların işlə təmin olunması üçün müraciətlər edilib. Gözlənilir ki, vakant yerlərdə gənclər üstünlük təşkil edəcək.
Ötən il keçirilən əmək yarmarkalarında 408 nəfərin işlə təmin olunub.
XS
SM
MD
LG