Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 06:02
-
«Demokratiya naminə İncəsənət» (Art for democracy) kampaniyası 16 oktyabr 2013-cü ildə prezident seçkilərinə görə seçki fəallığının artırılması, seçkilərin azad və ədalətli keçirilməsinin əhəmiyyəti üçün fəaliyyətə başlayıb. Fəaliyyət çərçivəsində «Azad seçkilərə çağırış adlı» meyxana hazırlanıb.
Kampaniya bəyan edib ki, bu fəaliyyət hər hansı siyasi qüvvənin və ya siyasətçinin dəstəklənməsinə deyil, yalnız seçici fəallığının artırılmasına və seçkilərin təşviqinə yönəlib.
«Demokratiya naminə incəsənət» kampaniyası İnsan Hüquqları Klubu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin birgə təşəbbüsüdür.

Bu kampaniya özündən əvvəlki «Demokratiya naminə musiqi» (Sing for democracy) kampaniyasının davamı olmaqla incəsənətin müxtəlif formaları vasitəsi ilə Azərbaycanda insan hüquqları və demokratik islahatları təşviq edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG