Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:39

ABŞ Dövlət katibi regiona səfərini Türkiyədən başlayıb


 John Kerry
John Kerry
ABŞ Dövlət katibi John Kerry bəyan edib ki, Türkiyə Yaxın Şərq sülh prosesində mühüm rol oynaya bilər.

O İstanbulda çıxış edərkən bildirib ki, Türkiyə rəqib Fələstin fraksiyaları olan Fəth hərəkatı ilə Həmas arasında barışığı gemişləndirməklə sülhün inkişafında vacib rol oynaya bilər.

Kerry həmçinin Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu ilə görüşdə Ankarını İsraillə əlaqələri bərpa etməyə çağırıb.

Suriya məsələsinə gəldikdə isə o Bashar Assad rejiminə daimi təzyiqlərinə görə Ankaraya təşəkkürünü bildirib.

John Kerri Yaxın Şərq, Avropa və Asiya regionuna 10 günlük səfərə çıxıb.
Onun Ramallaha gedəcəyi və Fələstin prezidenti Mahmud Abbasla görüşəcəyi gözlənilir.
XS
SM
MD
LG