Keçid linkləri

2017, 23 Aprel, bazar, Bakı vaxtı 12:15
-
Aprelin 7-də Gədəbəy rayonundakı mərkəzi bazarda yanğın olub. Bazarın sənaye malları satılan hissəsi tamamilə yanıb kül olub.

Bundan sonra bazarda işləyən 50-yə yaxın adam rayon icra hakimiyyəti binasının qarşısına yığışıb. Onlar bazarın qəsdən yandırıldığını iddia ediblər. Onlara dəymiş ziyanın ödənilməsini tələb ediblər.

Bu haqda AzadlıqRadiosuna Gədəbəy rayon sakini Səyyaf Musayev məlumat verib. Onun dediyinə görə, polis etirazçıları dağıdandan sonra satıcılar dağılışıb.

Gədəbəy rayon polis şöbəsinin növbətçi hissəsindən AzadlıqRadiosuna bildiriblər ki, camaat kompensasiya tələb etmək üçün yığışıbmış:

«Onlar aksiya keçirmirdilər, 5-3 nəfər olardılar. Yanğına görə kompensasiya tələb edəndən sonra bazara qayıtdılar. Onları dağıtmağa da ehtiyac olmadı».
XS
SM
MD
LG