Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:33

Moldova səfiri Ermənistana silah satmadıqlarını deyir


Moldova - Chisinau, 30 Apr2012
Moldova - Chisinau, 30 Apr2012
Moldovanın Azərbaycandakı səfirliyi Ermənistana silah satışı ilə bağlı Moldova mətbuatında kedən məlumatları təkzib edib.

Səfir İqor Bodyu APA-ya açıqlamasında deyib ki, Moldova Müdafiə Nazirliyinin Ermənistana 1500 C-8 raketi satmaq istəməsi barədə məlumat tamamilə yalandır və təxribat xarakteri daşıyır.
O qeyd edib ki, xəbəri yayan OMEGA agentliyi müxalifət yönlüdür və yalan məlumatlarla su bulandırır.

OMEGA agentliyi bu məlumatı hökumətdəki mənbələrə istinadla yayıb.
Həmin mənbə agentliyə bildirib ki, mətbuat silah satışı ilə bağlı məsələ qaldırıldıqdan sonra parlament istintaq komissiyasının araşdırmaları ilə əlaqədar silahların sifarişçiyə çatdırılması dayandırılıb:
“Bu yaxınlarda Baş Prokurorluğun qərarı ilə saziş “qanuni” sayılıb və silahların çatdırılmasına icazə verilib.
Bütün bunlar baş nazirin göstərişindən sonra həyata keçiriləcək”.
XS
SM
MD
LG