Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:26

ABŞ Şimali Koreya ilə müharibə ehtimalını yüksək saymır


Cənubi Koreya əsgəri
Cənubi Koreya əsgəri
ABŞ Şimali Koreya ilə müharibə ehtimalının yüksək olmadığını deyir.
ABŞ silahlı qüvvələri baş qərargah rəisləri birlkəşmiş komitəsinin rəhbəri Martin Dempsi ( Martin Demsey) Şimali Koreyanın son hədələrini Pxenyanın adi hərəkəti adlandırıb.

Amma o qeyd edib ki, Şimali Koreyanın indiki lideri çox da tanınmadığından indiki vəziyyət daha ağılagəlməzdir.

Cənubi Koreyanın “ Yonxap” agentliyi Seulun dənizə raket əleyhinə qurğular olan gəmilər çıxardığını xəbər verir.

Şimali Koreya BMT təhlükəsizlik şurasının ona qarşı yeni sanksiyaları və ABŞ-la Cənubi Koreyanın bu günlərdə keçirdikləri birgə hərbi təlimlərdən sonra cənubla sülh razılaşmasından çıxıb və onunla müharibə vəziyyətində olduğunu bəyan edib.
.
XS
SM
MD
LG