Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:49

«Hanı o uğurlu xarici siyasətin nəticələri?»


-
Aprelin 6-da dərc olunan qəzetlərin icmalı:

«Hakimiyyət üçün təhlükəli perspektivlər yaranıb». Bunu «Azadlıq» qəzetinə müsahibəsində politoloq Zəfər Quliyev deyib:
Zəfər Quliyev
Zəfər Quliyev
«Hanı o uğurlu xarici siyasətin nəticələri ki, Azərbaycanı hazırda hər tərəfdən təhlükə gözləyir».
Politoloqa görə, küncə sıxılmış iqtidarın yaratdığı təhlükə ondan ibarətdir ki, rejim qalmaq üçün milli maraqlara zidd addımlar da ata bilər.
TUNEL YOXSA MOST?
«Exo» qəzeti Bakı buxtası üzərindən çəkiləcək yolun, most yoxsa tunel olacağı ilə bağlı araşdırma aparıb. Qəzetin yazdığına görə, Memarlar İttifaqının rəsmisi Elbəy Qasımov deyib ki, artıq tunel məsələsi üzərində dayanılıb:

«Artıq qərara alınıb ki, Bakı buxtasından keçəcək yol tunel olsun. Hesab edirəm ki, tunel daha cəlbedici, daha qənaətli olacaq və böyük effekt verəcək. Most şəhərin görünüşünü bağlaya bilər, yeraltı tunel isə görünməyəcək, tələbələrə cavab verəcək».
«AFFA-NIN VOGTSA MƏHƏBBƏTİNİN SİRRİ»
«Futbol+» qəzeti «AFFA-nın Vogtsa məhəbbətinin sirri»ndən yazır.
Berti Vogts
Berti Vogts
Qəzetetə görə, məğlubiyyətlərə görə, «...Berti cənablarını bir nömrəli günahkar elan etməkdə haqlıyıqmı?. Məncə yox, çünki alman əlində bomba AFFA-nı məcbur etməmişdi ki, onunla müqavilə bağlasınlar... Əslində AFFA-ya rəhbərlik edənlərin almanın hipotezlərinə inanıb onunla müqavilə müddətini uzatdığına inanmıram, onlar da çox gözəl başa düşürdü ki, 7 xal mövcud xərclər müqabilində çox cılız nəticədir. Deməli, müqavilənin uzadılmasının əsl səbəbi başqadır, hamımızın bildiyi, ancaq müəyyən səbəbdən dilə gətirmədiyimiz mənimsəmə faktı...»
ƏLİ KƏRİMLİ İLƏ İSA QƏMBƏRİN YAXINLARI
YAP icra katibinin müavini Mübariz Qurbanlıya görə, «dağıdıcı müxalifətin sosial bazası çox zəifdir». Mübariz Qurbanlı bunu «Yeni Azərbaycan» qəzetində dərc olunan müsahibəsində deyib.
Mübariz Qurbanlı
Mübariz Qurbanlı
Mübariz Qurbanlı deyib ki, «gəncləri küçələrə çağıranlar əbəs yerə enerji sərf etməsindklər. Qeyri-qanuni aksiyalar keirməyə ötən ildə, bu il də cəhdlər olub. Bu aksiyaları biz təhlil etmişik və orda iştirak edənlər Əli Kərimlinin, İsa Qəmbərin ətrafında olan yaxınlarıdır».
POLİS NİYƏ İNTİHAR EDiB?
«Bizim yol» 2011-ci ildə Ağsuda intihar edən polis əməkdaşı Asim Baxşəliyevlə bağlı istintaq matreallarını əldə etdiyini yazır. Qəzetə görə, mərhumun yaxınları onun polis rəisi tərəfindən incidildiyini deyiblər.
Qəzet yazır ki, hazırda Bakı şəhəri Nizami rayon polis idarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsinin rəisi olan Hatəm Hacıyev intihar edən polisin yaxınlarının dediklərini təkzib edib.
«CƏLİLABAD NARKOMAFİYANIN CƏNGİNDƏ»
«Yeni Müsavat» qəzeti Cəlilabad rayonunun narkomafiyanın və məmurların cəngində olduğunu yazır. Qəzet rayon sakinlərinin dediklərini dərc edib:

«Bu bəlanın qarşısını alan tapılmır... Hüquq-mühafizə orqanları bu bəyaya «dur» demək istəmir. Azərbaycan gənclərinin genofondu məhv olur. Ya hakimiyyət bu bəlanın qarşısını almaqda acizdir, ya da tədbir görmək istəmir»
BİR AYA 95 ÖLKƏ İLƏ TİCARƏT ƏLAQƏSİ
«Azərbaycan» qəzeti bir ayda 95 ölkə ilə ticarət əlaqələrinin qurulduğunu yazır.

Gömrük Komitəsinin məlumatlarına istinad edən qəzet yazır ki, «ticarət əlaqələrinin 88,6 faizi MDB üzvü olmayan, 11,4 faizi MDB üzvü olan ölkələrlə həyata keçirilib. Qəzetə görə “xarici ticarətdə ixrac idxalı xeyli üstələyir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG