Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:38

Yanacaq daşıyan yük maşını ilə qəzada çıxan yanğında 18 nəfər həlak oldu



İranda qaçaq yanacaq daşıyan yük maşınının qaçqınlar olan maşınla toqquşması nəticəsində çıxan yanğında 18 nəfər həlak olub. Yarırəsmi Fars agentliyinin məlumatına görə qəzada həlak olanlardan 15 nəfəri Əfqanıstandan olan qaçqınlar, 3-ü isə iranlılardır. Hadisə aprelin 5-də iranla Əfqanıstanın sərhədində baş verib.

Qeyri-rəsmi məlumatlara görə hazırda iranda bir milyona yaxın əfqan qaçqın qeyri-rəsmi şəkildə yaşayır. Onlar əsasən iş dalınca İrana gedirlər.

Iran həm də yol hərəkəti qaydalarına görə ən pis vəziyyətdə olan dövlətlərdən biri hesab edilir. Rəsmilər hər il iranda 400 000 qəza baş verdiyini, bu hadisələrdə 20 000 adamın həlak olduğunu deyirlər.
XS
SM
MD
LG