Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:21

Şimali Koreyadan olan 53 000 fəhlədən xəbər yoxdur



Cənubi Koreyanın informasiya agentliyi olan Yonhap xəbər verir ki, Şimali Koreyadan olan 53 000 fəhlə aprelin 5-də işə çıxmayıb. Onların harda olduqları da bəlli deyil. Fəhlələr Şimali Koreya ilə sərhəddə sənaye kompleksində çalışırlarmış.

Cənubi Koreya rəsmiləri bildirirlər ki, bu, Şimali Koreyada milli bayrama görə ola bilər. Bu ildən aprelin 5-I yerli milli bayrama görə tətirl elan edilib.

Həmçinin Pxenyan iki gündür ki, Cənubi Koreyada həmin sənaye kompleksinə gedən yolu bağlayıb. Hərbçilər yalnız fəhlələrin müəssisəsinin ərazisini tərk etməyə icazə verirlər.

Cənubi Koreya ilə onun müttəfiqi olan ABŞ-ın bu yaxınlarda apardığı birgə hərbi təlimdən sonra bu regionda gərginlik artıb. Şimali Koreya müharibə, hətta nüvə zərbələri ilə hədələyir.
XS
SM
MD
LG