Keçid linkləri

2017, 23 Aprel, bazar, Bakı vaxtı 12:17
Nüvə danışıqlarında İran nümayəndə heyətinin rəhbəri Saeed Jalili bildirib ki, aparıcı dünya ölkələri İranın uran zəngiləşdirməyə haqqı olduğunu tanımalıdır.

O belə bir bəyanatla bu gün Alma-Atıda, 6 dünya ölkəsi ilə danışıqlara 1 gün qalmış çıxış edib.
Jalili həmçinin qeyd edib ki, İran iyunda keçiriləcək prezident seçkisindən sonra da bu bu yöndə mövqeini davam etdirəcək.

Cümə və Şənbə günləri Alma-Atıda ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya və İran arasında danışıqların növbəti mərhələsi keçiriləcək.

Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə təqsirləndirir.
Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG