Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:06

Əfqanıstanda hava zərbəsi nəticəsində 6 nəfərin öldüyü bildirilir


Əfqanıstanın Qəzni əyalətində NATO-nun hava zərbəsi nəticəsində 2 mülki sakin və 4 polis həlak olub.
Bu barədə yerli hakimiyyət xəbər verir.

Polislər dünən Süleymanzay qəsəbəsində atəşə düşüblər.

France-Presse agentliyinin məlumatına görə insident yaraqlıların həmin rayondakı polis məntəqəsinə hücumundan sonra baş verib.

NATO komandanlığı hələlik hava zərbəsinə münasibət bildirməyib, amma vəziyyətin araşdırıldığını deyib.
XS
SM
MD
LG