Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:16

Azərbaycanda dünyanın ən böyük məsçidi tikiləcək ?


Azerbaijan-Khazar Islands Project
Azerbaijan-Khazar Islands Project
Bakının Qaradağ rayonu, Xəzər dənizinin sahilində dünyanın ən böyük məsçidi tikiləcək.
Məscid "Xəzər adaları"nda (Khazar Islands) tikiləcək.

"Novosti Azərbaycan"ın məlumatına görə, bu barədə layihənin rəhbəri İbrahim Nehrəmi məlumat verib.
Onun sözlərinə görə, bu məscid Pakistanın paytaxtı İslamabaddakı Şah Feysəl məscidindən də böyük olacaq.

Qeyd edək ki, Şah Feysəl məscidi Ginnesin rekordlar kitabına düşüb.
Tikintisinə 1976-cı ildə başlanan məsçid, 1986-cı ildə istifadəyə verilib.
Məscid 120 milyon ABŞ dollarına başa gəlib.
XS
SM
MD
LG