Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 14:51

Əfqanıstanda məhkəmə binasına hücum edilib


Əfqanıstanın Fərəh əyalətində məhkəmə binasına edilmiş hücumda azı 6 nəfər ölüb,
onlarla adam yaralanıb.
Əvvəlcə binanın qarşısında partlayış törədilib , sonra isə yaraqlılar binaya hücum edib və atışma gedib.

Yerli hökumətin rəsmisi ölənlərdən ikisinin yaraqlı, polis və məhkumlar olduğunu deyir.
Hücum vaxtı binadaq 13 talibançının məhkəməsi gedirmiş.
Amma onlardan heç biri qaça bilməyib.

Partlayış nəticəsində qubernatorun ofisi və bank da daxil olmaqla ətrafdakı binalara da xəsarət dəyib.

Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.
XS
SM
MD
LG