Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:34

Avrozonada işsizlik rekord həddə çatıb



Avro işlədən 17 ölkənin birləşdiyi Avrozonada işsizliyin səviyyəsi yeni rekorda – 12 faizə çatıb. Avropa Birliyinin Statistika qurumu olan Avrostat bildirir ki, bu ilin yanvarında işsizlik 11.9 faiz olub. Fevralda isə daha 33 000 nəfər işsiz qalıb və beləliklə bu məkanda işsizlərin sayı 19 milyon nəfərə çatıb.

İşsizliyə görə ən gərgin vəziyyət İspaniya və Yunanıstandadır. Bu ölkələrdə işsizlik 26 faizə çatıb.

Avrozonanın ən böyük iqtisadiyyatına sahib olan Almaniyada isə işsizlik ən az – 5.4 faiz olub.
XS
SM
MD
LG