Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 13:30

AXCP üzvünə 10 sutka verildi


-
Aprelin 2-də AXCP üzvü Veysəl Qasımov 10 sutkalıq həbs edilib. Bu barədə AzadlıqRadiosuna partiyanın Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı məlumat verilib.
“Veysəl Qasımov yeni üzvlərimizdəndir. O aprelin 1-də Nardaranda keçirilən aksiyada olub, iştirakçı yox, sadəcə müşahidəçi kimi. Onu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları saxlayıb, elə həmin rayonun məhkəməsində də ona 10 sutka həbs veriblər. Niyə həbs ediblər bilmirik”.
Hazırda o, Binəqədidəki müvəqqəti saxlanma təcridxanasındadır.
Sabunçu polisindən məlumatı təsdiqləsələr də onun saxlanma səbəbləri barədə bir söz deməyiblər.
XS
SM
MD
LG