Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:40

Yaraqlılar elektrik stansiyasına hücum ediblər



Pakistan polisi onlarla yaraqlının ölkənin şimal-qərbindəki elektrik stansiyasına hücum etdiyini bildirir. Hadisə zamanı azı 7 nəfər həlak olub, 4 nəfər də itkindir. Rəsmilər həmin 4 nəfərin oğurlandığını guman edirlər.

Aprelin 2-də baş verən bu hadisə Peşavar əyalətinin bir neçə saat elektriksiz qalmasına səbəb olub.

Yerli polisin rəhbəri hücum zamanı bir polis əməkdaşı, bir nəfər də təhlükəsizlik xidməti əməkdaşının öldürüldüyünü, yaraqlıların özləri ilə apardıqları daha 5 nəfəri də qətlə yetirdiklərini bildirir.

Onların cəsədləri elektrik stansiyasından bir neçə kilometr kənarda tapılıb.

Hələlik bu hücuma görə məsuliyyəti heç bir qrup boynuna götürməyib.
XS
SM
MD
LG