Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:13

Koreyada savaş hədələri artır


CƏNUBİ KOREYA: SİYASİ MÜZAKİRƏ OLMAYACAQ...

Əgər şimaldan hər hansı hücum və ya təxribat olsa Cənubi Koreya heç bir siyasi müzakirə etmədən buna anında cavab verəcək. Cənubi Koreya respublikasının yeni prezidenti Park Geun-hye Bazar ertəsi Müdafiə naziri və hökumətin rəsmiləri ilə görüşdə belə deyib.


ABŞ YENİ TƏYYARƏLƏR GÖNDƏRİR

Bu arada ABŞ hərbi təlimlərdə iştirak etmək adıyla Cənubi Koreyaya F22 qırıcı təyyarələri göndərib. Daha öncə də ABŞ radarlara görünməyən B2 bombardmançıları göndərmişdi.


ŞİMALİ KOREYA RAKETLƏRİ YÖNƏLDİB

Bu baş verənlərdən əvvəlsə, Bazar günü Şimali Koreya rəhbəri Kim Jong Un artıq ölkəsi üçün yeni strateji xəttin müəyyənləşdirildiyini açıqlayıb. Şimali Koreyadan bəyan ediblər ki, artıq nüvə silahları heç bir müzakirə və ya danışıq predmeti ola bilməz.

Şimali Koreya dəfələrlə bəyan edib ki, rəsmən müharibə şəraitindədirlər və uzun mənzilli raketləri Quam və Havay adalarında ABŞ bazalarına və şəhərlərə doğru yönəldilib.

Koreya yarımadasında vəziyyət Fevral ayından gərilməyə başlayıb: Şimali Koreya 3-cü dəfə nüvə sınağını həyata keçirəndən və BMT Təhlükəsizlik Şurasının əlavə sanksiyalar qəbul etməsindən sonra.


BİRGƏ SƏNAYE ZONASI HƏLƏ ÇALIŞIR

Beynəlxalq ictimaiyyət tərəfləri sakit olmağa çağırsalar da, hələ ki, iki ölkə arasında iqtisadi cəhətdən yeganə əlaqə vasitəsi – sərhəddəki birgə sənaye zonası qapadılmayıb.

Bu sənaye zonası Şimali Koreyanın yeganə valyuta mənbəyidir. Zonada çalışan fəhlələrdən Kim Duk-su deyir ki, o şimallıların buranı saxlayacaqlarına ümid edir.

Şimali Koreya Kommunist partiyasının Siyasi bürosunun aprelin 1-nə planlanan növbəti iclasında Sənaye zonasının qapadılması ilə bağlı məsələni də müzakirə edəcəklər. Şərhçilərin fikrincə, bu addımın atılması artıq tərəflər arasında savaş hazırlığının ən son nöqtəsi olardı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG