Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:07

Badam Zari Pakistanın qəbilə rayonundan namizədliyini verən ilk qadın olub


Badam Zari Pakistanın federal idarəçiliyinndə olan qəbilə ərazilərindən deputatlığa namizədliyini verən ilk qadın olub.

40 yaşlı evdar qadın qeydiyyat üçün sənədlərini Bacaur rayonundakı yerli seçki komissiyasına təqdim edib.
Bu rayon Əfqanıstanla sərhəddə yerləşir.

Zari AzadlıqRadiosunun Pakistan xidmətinə müsahibəsində deyib ki, əsas məqsədi yerli sakinlərin içməli su ilə təmin edilməsi, uşaqların təhsil almasına şərait yaradılması və səhiyyə xidməti sahəsində vəziyyətin yaxşılaşdırılması olacaq.

Əsasən mühavizəkar pəştunların yaşadığı Bacaur rayonu Taliban və islamçıların əsas sığınacaqlarından biri hesab olunur.

Mayın 11-də Pakistanda ümummilli seçkilər keçikriləcək.
XS
SM
MD
LG